Menyu

Juninyolu "Pumas" Meksika çempionatının finalında məğlub oldu

Operativ Media
Juninyolu "Pumas" Meksika çempionatının finalında məğlub oldu
1 dəq oxu

"Krus Asul" Mexiko şəhərindəki "Olimpiya" stadionunda keçirilən Meksika çempionatının final mərhələsinin cavab oyununda "Pumas"a 2:1 hesabı ilə qalib gəlib.

Operativ Media xəbər verir ki, matçın 31-ci dəqiqəsində "Pumas"ın hücumçusu Robert Morales hesabı açıb. 54-cü dəqiqədə "Pumas"ın müdafiəçisi Ruben Duarte öz qapısına qol vurub. 90+5-ci dəqiqədə isə "Krus Asul"un hücumçusu Karlos Rotondi fərqlənib.

Komandalar arasında baş tutan ilk oyunda qol vurulmamışdı (0:0).

Bununla da "Krus Asul" 10-cu dəfə Meksika çempionu olub. "Pumas"ın aktivində isə yeddi titul var (sonuncusu 2011-ci ildə qazanılıb).

Qeyd edək ki, "Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyo da "Pumas"ın şərəfini qoruyur.

Əlaqəli Xəbərlər