“Arsenal”ın gənc ulduzu Premyer Liqa tarixinə düşdü
"Arsenal"ın yarımmüdafiəçisi Maks Douman Premyer Liqa tarixində start heyətində meydana çıxan ən gənc futbolçu olub.
Operativ Media xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Douman 16 yaş 144 günlüyündə İngiltərə çempionatının 38-ci turunda "Kristal Pelas"a qarşı keçirilən oyunda (2:1) start heyətində yer alaraq bu nailiyyətə imza atıb. O, 2008-ci ildə 16 yaş 198 günlüyündə start heyətində meydana çıxan "Everton"un oyunçusu Xose Baksterin rekordunu təzələyib.
2025/26 mövsümündə Douman artıq Premyer Liqada debüt edən və turnirdə qol vuran ən gənc oyunçu adını qazanmışdı. O, həmçinin "Arsenal"ın heyətində Premyer Liqanın ən gənc qalibidir. Cari ilin əvvəlində isə o, 15 yaş 308 günlüyündə Çempionlar Liqası tarixinə ən gənc futbolçu kimi düşüb.
Douman 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 13 oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.