Menyu

Sabah Azərbaycanda qısa iş günüdür

Operativ Media
Sabah Azərbaycanda qısa iş günüdür
1 dəq oxu

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən bilavasitə əvvəl gələn iş gününün müddəti, həftəlik iş günlərinin sayından asılı olmayaraq, 1 saat qısaldılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Operativ Media-ya verilən məlumata görə, bu səbəbdən, 26 may tarixində (sabah) iş gününün müddəti 1 saat azaldılacaq.

Qeyd edək ki, 27, 28 may tarixləri Azərbaycanda Qurban bayramıdır.

Eyni zamanda 28 may Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur.

Bu il Qurban bayramı ilə Müstəqillik Günü üst-üstə düşdüyündən 29 may tarixində də qeyri-iş günü olacaq.

30, 31 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.

Beləliklə Azərbaycanda 27, 28, 29, 30 və 31 may tarixlərində ardıcıl 5 gün iş olmayacaq.

Əlaqəli Xəbərlər