Menyu

Azərbaycanın minifutbol millisinin Avro-2026 üçün yekun heyəti açıqlanıb

Operativ Media
Azərbaycanın minifutbol millisinin Avro-2026 üçün yekun heyəti açıqlanıb

Azərbaycanın minifutbol üzrə milli komandası 27 may – 4 iyun tarixlərində Bratislava şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Operativ Media xəbər verir ki, bununla əlaqədar olaraq bu gün Bakı Tennis Akademiyasının meydançasında milli komandanın media nümayəndələri üçün açıq məşqi təşkil olunub. Tədbirdə yığmanın baş məşqçisi Elşad Quliyev Avro-2026 üçün yekun heyəti açıqlayıb.

Təcrübəli mütəxəssis komandanın hazırlıq prosesi və qarşıdakı turnirdəki hədəflər barədə jurnalistlərə məlumat verib. Milli komandanın üzvləri Vəli Qafarov və Ramiz Çovdarov da Avropa çempionatı ilə bağlı fikirlərini bölüşərək komandanın turnirə tam hazır olduğunu bildiriblər.

Əlaqəli Xəbərlər