Sabah Suraxanı rayonunun bəzi küçələrində qaz kəsiləcək
Operativ Media
Sabah Bakının Suraxanı rayonunun bəzi küçələrində təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar mayın 26-da saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Mərkəzi və S.Əliyev küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.