Bir sıra yollarda tıxac müşahidə olunur - SİYAHI
Paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
Operativ Media NİİM-ə istinadən xəbər verir ki, hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
5. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
13. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
14. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
15. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
16. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.