Avstraliya millisinin hücumçusu zədə səbəbindən 2026-cı il dünya çempionatını buraxacaq
Operativ Media
"Midlsbro" klubunun və Avstraliya millisinin hücumçusu Rayli Makqri zədə səbəbindən 2026-cı il dünya çempionatının final mərhələsini buraxmalı olacaq.
Operativ Media xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.
Mənbə bildirir ki, 27 yaşlı hücumçu Premyer Liqaya vəsiqə uğrunda "Xall" komandasına qarşı keçirilən pley-off oyununun (0:1) 76-cı dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Makqrinin dünya çempionatında Avstraliya yığmasının əsas heyətində yer alacağı gözlənilirdi.
Makqri 2022-ci ilin yanvarından "Midlsbro"da çıxış edir. O, 2025/26 mövsümündə meydana çıxdığı 28 matçda altı qol vurub və üç məhsuldar ötürmə edib.
Hücumçu Avstraliya millisində debütünü 2021-ci ilin iyununda edib. Milli komandanın heyətində keçirdiyi 35 oyunda onun aktivində bir qol və yeddi məhsuldar ötürmə var.