Menyu

İntensiv yağışlar kənd təsərrüfatına necə təsir edib? - AÇIQLAMA

Ayşən Sadıxzadə
İntensiv yağışlar kənd təsərrüfatına necə təsir edib?  - AÇIQLAMA

"May ayı olmasına baxmayaraq, havaların sərin və yağıntılı keçməsi, bəzi bölgələrdə sel və daşqınların yaranması kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsirlər göstərib".

Bu sözləri Operativ Media-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, torpağın kifayət qədər nəmlənməsi toxum səpini və yaz əkinləri üçün əlverişli şərait yaradıb, şitillər daha yaxşı inkişaf edib:

"Bu, xüsusilə suvarma infrastrukturu zəif olan dağlıq və dağətəyi rayonlar üçün əhəmiyyətli bir üstünlükdür.

Lakin mənfi tərəflər daha qabarıq hiss olunub. Bir çox meyvə bağları ciddi zərər görüb, nəticədə məhsuldarlıq əhəmiyyətli dərəcədə azalıb. Ən ciddi ziyan isə alça bağlarına dəyib.

Bu vəziyyətin bazarlarda məhsul qiymətlərinə də təsir edəcəyi istisna edilmir. Yəni yaxın həftələrdə bəzi meyvə və tərəvəz növlərinin qiymətlərinin qalxması gözlənilə bilər.

Ümumi kontekstə baxdıqda isə son 10 ildə yağıntıların ümumi miqdarının 10% azalması kənd təsərrüfatına artıq ciddi təsir göstərməkdədir. Bu fonunda may yağışları bir tərəfdən quraqlıq təhlükəsini müvəqqəti olaraq azaldır, digər tərəfdən isə güclü yağış formasında gəldikdə məhsula birbaşa zərər vurur. Deməli, problem yalnız yağışın az və ya çox olması deyil, onun intensivliyi və mövsümə uyğunluğudur”.

Əlaqəli Xəbərlər