Ali Məhkəməyə yeni hakimlər təyin olunub
Operativ Media
Milli Məclis Ali Məhkəməyə yeni hakimlərin təyin edilməsini təsdiqləyib.
Operativ Media xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilir.
Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilir.
Sənəd müzakirədən sonra səsverməyə qoyularaq qəbul edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net