Menyu

"Neftçi" üç futbolçusu ilə vidalaşdı

Operativ Media
"Neftçi" üç futbolçusu ilə vidalaşdı

“Neftçi” PFK Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin ilə yollarını ayırıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Klubla futbolçular arasında başa çatan müqavilələr yenilənməyib.

2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarındandır.

2024-cü ilin yayında transfer olunmuş Kuç “ağ-qaralar”ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.

Əlaqəli Xəbərlər