Ana səhifə / İdman / Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq 27.05.2026, 10:12 Operativ Media UEFA Konfrans Liqasının 2025-2026-cı illər mövsümünün qalibi bu axşam müəyyənləşəcək. Operativ Media xəbər verir ki, final qarşılaşmasında İngiltərənin "Kristal Pelas" və İspaniyanın “Rayo Valyekano" komandaları üz-üzə gələcək. Həlledici oyun Almaniyanın Leypsiq şəhərində yerləşən "Red Bull Arena"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.