İtaliya A Seriyasında uğursuz mövsüm keçirən “Milan”da ayrılıq yaşana bilər.
Operativ Media xəbər verir ki, "Football İtalia" nəşri məlumat yayıb.
Bildirilib ki, Luka Modriç “rossonyerlər”in heyətindən ayrılmaq istəyir.
Mənbənin iddiasına görə, xorvatiyalı ulduz “Milan”ın gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra karyerası ilə bağlı planlarını yenidən nəzərdən keçirib.
Təcrübəli yarımmüdafiəçinin “Milan”la yollarını ayırmağa yaxın olduğu bildirilir.