Operativ Media xəbər verir ki, 32 yaşlı hücumçu daha 2 il “bayquşlar’ın heyətində çıxış edəcək.
Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur. O, 139 oyunda 72 qola imza atıb.
Ruanda millisinin də üzvü olan futbolçu “Sabah” forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Misli Premyer Liqasının 2025/26 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub