Menyu

"Mançester Yunayted" Ederson üçün 40 milyon avro ödəməyə hazırdır

Operativ Media
"Mançester Yunayted" Ederson üçün 40 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” yarımmüdafiəçi Edersonun transferi ilə bağlı “Atalanta” klubu ilə razılığa gəlməyə yaxındır.

Operativ Media xəbər verir ki, bu haqda ESPN mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, “Yunayted” 26 yaşlı braziliyalı futbolçunun transfer hüquqları üçün təxminən 40 milyon avro ödəməyə hazırdır.

Klub 2026/27 mövsümü öncəsi yarımmüdafiə xəttini gücləndirməyi prioritet vəzifə hesab edir. Edersonun bu yay komandaya qoşulacaq ən azı iki yarımmüdafiəçidən biri olacağı gözlənilir.

Ederson 2022-ci ilin iyulundan bəri “Atalanta”da çıxış edir və onun klubla müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Yarımmüdafiəçi 2025/26 mövsümündə keçirdiyi 41 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı oyunçunun transfer dəyərini 40 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər