Menyu

Minifutbol üzrə Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

Operativ Media
Minifutbol üzrə Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq
1 dəq oxu

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.

Operativ Media xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya seçməsi ilə üz-üzə gələcək.

“Tipos Arena”da matç Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.

Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib – 1:0. İtaliya isə Fransa ilə heç-heçə edib – 0:0.

Xatırladaq ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər