Menyu

Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Operativ Media
Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb. 

Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər