Menyu

Ağdərədə sümük qalıqları tapılıb

Operativ Media
Ağdərədə sümük qalıqları tapılıb

Ağdərə rayonu, Baş Güney kəndində insana məxsus sümük qalıqları aşkar edilib.

Operativ Media "Report"a istinadən xəbər verir ki, aşkar edilən sümük fraqmentlərinin Balay Ələsgər oğlu Qəribovun ailə üzvlərinə aid olduğu ehtimal edilir.

Sümük fraqmentləri onların yaşadığı evin həyətindən nəvəsi Bəxtiyar Əsgərov tərəfindən aşkarlanıb.

Qeyd edək ki, 1992-ci il mart ayının 12-si tarixində Baş Güney kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilərkən 5 nəfərlik ailə üzvü, 1890-cı il təvəllüdlü Balay Ələsgər oğlu Qəribov, onun həyat yoldaşı 1928-ci il təvəllüdlü Saray Eyvaz qızı İsmayılova, qızları 1946-cı il təvəllüdlü Zabilə Balay qızı Ələsgərova, 1954-cü il təvəllüdlü Ramilə Balay qızı Ələsgərova və nəvəsi 1972-ci il təvəllüdlü Nərgiz Aydın qızı Xudaverdiyevanın taleyindən heç bir xəbər alınmayıb.

Tapılan sümük fraqmentləri aidiyyəti qurumlar tərəfindən təhqiqat üçün götürülərək ekspertizaya təqdim edilib.

Əlaqəli Xəbərlər