Menyu

79 nömrəli marşrut yenilənir

Operativ Media
79 nömrəli marşrut yenilənir

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun "28 May" stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində avtobusların bir qismi ötən ilin oktyabrında yenilənib.

Bu barədə Operativ Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Qeyd olunub ki, iyunun 1-dən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilməklə ümumilikdə 16 nəqliyyat vasitəsi 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır və gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Əlaqəli Xəbərlər