Arda Gülər Çempionlar Liqasında "Mövsümün ən yaxşı gənc futbolçusu" seçildi
Operativ Media
Türkiyə millisinin və "Real Madrid" klubunun gənc ulduzu Arda Gülər karyerasında növbəti böyük uğura imza atıb.
Operativ Media xəbər verir ki, istedadlı yarımmüdafiəçi nümayiş etdirdiyi yüksək performansla UEFA Çempionlar Liqasında "Mövsümün ən yaxşı gənc futbolçusu" mükafatına layiq görülüb.
Qeyd edək ki, Arda Gülər turnirin 1/4 final mərhələsində "Bavariya" ilə oyunda səfərdə iki qolla yadda qalmışdı.