Menyu

Azərbaycanın U23 3x3 milli komandaları ilk dəfə FIBA Gənclər Millətlər Liqasında mübarizə aparacaq

Operativ Media
Azərbaycanın U23 3x3 milli komandaları ilk dəfə FIBA Gənclər Millətlər Liqasında mübarizə aparacaq

Azərbaycanın 3x3 basketbol üzrə U23 oğlan və qız milli komandaları tarixində ilk dəfə olaraq FIBA 3x3 Gənclər Millətlər Liqası turnirində qüvvəsini sınayacaq.

Operativ Media xəbər verir ki, hər iki yığmamız Litvanın paytaxtı Vilnüs şəhərində təşkil olunacaq mərhələ yarışlarında ölkəmizi təmsil edəcək. İyunun 1-dən 3-dək davam edəcək bu gərgin mübarizə ümumilikdə 6 mərhələdən ibarət olacaq.

Qeyd edək ki, turnir çərçivəsində komandalar həm də FIBA 3x3 U23 Dünya Kuboku 2026-ya vəsiqə qazanmaq uğrunda yarışacaqlar.

Əlaqəli Xəbərlər