Bakı Bulvarında “Candy Fest” festivalı başlayır
Operativ Media
1 İyun – Beynəlxalq Uşaq Günü münasibətilə Bakı bulvarında yay mövsümünün ən böyük tədbirlərindən biri olan “Candy Fest” festivalına start verilir. İki ay davam edəcək festival uşaqlar, gənclər və ailələr üçün rəngarəng əyləncə proqramları ilə zəngin olacaq.
Operativ Media xəbər verir ki, tədbir bu gün saat 12:00-da Kukla Teatrının yaxınlığında, ənənəvi yarmarka məkanında başlayır.
Festival çərçivəsində hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları təşkil olunacaq. Bu proqramlarda iştirak ödənişsizdir.
Günün ən maraqlı məqamlarından biri isə saat 20:30-dan etibarən açıq səma altında təqdim ediləcək möhtəşəm su sirki şousu olacaq.