Menyu

"Arsenal"ın çempionluq paradı zamanı on altı nəfər saxlanılıb

Operativ Media
"Arsenal"ın çempionluq paradı zamanı on altı nəfər saxlanılıb

“Arsenal”ın Premyer Liqadakı çempionluğu şərəfinə keçirilən parad zamanı Londonda təhlükəli hündürlüklərə dırmaşan 75-ə yaxın insan xilas edilib, 16 nəfər isə saxlanılıb.

Operativ Media xəbər verir ki, bu haqda "The Independent" qəzeti məlumat yayıb.

Minlərlə sevincli azarkeş öz qəhrəmanlarını görmək üçün “Emireyts” stadionunun ətrafındakı küçələrə axışıb. Qırmızı tüstü dumanı içərisində olan tərəfdarlar ərazini daha yaxşı görə bilmək üçün ağaclara, damlara və işıqforlara dırmaşıblar.

London Yanğınsöndürmə Xidməti əməkdaşlarının müxtəlif hündürlüklərdən təxminən 75 nəfəri xilas etdiyini təsdiqləyib və mayın 31-i axşam saatlarına qədər davam edən bayram şənlikləri fonunda azarkeşləri damlara çıxmamağa çağırıb. Qurumdan həmçinin bildirilib ki, otellərin birində fişəng səbəbindən baş verdiyi ehtimal edilən yanğının söndürülməsinə çağırış icra olunub.

Metropoliten Polisinin verdiyi məlumata əsasən, bazar günü saat 21:00-a olan vəziyyətə görə, “Arsenal”ın paradı keçirilən ərazidə 16 nəfər saxlanılıb. Polis həmin şəxslərin sərxoş vəziyyətdə xuliqanlıq, narkotiklə bağlı hüquqpozmalar, cinsi zorakılıq və fövqəladə hallar xidmətinin əməkdaşlarına hücum ittihamları ilə saxlanıldığını bəyan edib.

Saat 20:30-dan dərhal sonra Hornsi Road küçəsində bıçaqlanma hadisəsi ilə bağlı polisə çağırış edilib, asayiş keşikçiləri tibbi heyət və sanitar aviasiya ilə birlikdə hadisə yerinə gəliblər. Yaralı kişi xəstəxanaya çatdırılıb.

Paradda 500-dən çox polis əməkdaşının cəlb olunacağı gözlənilirdi. Axşam saatlarında Şimali London küçələri hələ də “Arsenal” azarkeşləri ilə dolu olub. Yollar bayram şənliyindən qalan qutular, şüşələr, aşmış elektrikli velosipedlər və müxtəlif tullantılarla zibillənib. Kütlə isə şən şüarlar səsləndirib mahnı oxuyaraq metro stansiyalarına doğru irəliləməyə davam edib.

Əlaqəli Xəbərlər