Menyu

“Liverpul” Slotun xələfini DÇ-2026-dan əvvəl təyin etmək istəyir

Operativ Media
“Liverpul” Slotun xələfini DÇ-2026-dan əvvəl təyin etmək istəyir

 "Liverpul" Arne Slotun xələfinin komanda ilə işləməyə və 2026/27 mövsümünün planlaşdırılmasına maksimum vaxt ayıra bilməsi üçün 2026-cı il dünya çempionatının final turniri başlayana qədər yeni baş məşqçi təyin etmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, baş məşqçi postuna əsas namizəd Andoni İraoladır. 43 yaşlı ispan mütəxəssisin "Bornmut"un qarşılaya bilmədiyi illik təxminən 11,5 milyon funt-sterlinq maaş tələbi Slotun da oxşar məbləğ qazandığı "Liverpul" üçün problem yaratmayacaq.

Xatırladaq ki, "Liverpul" mayın 30-da 47 yaşlı niderlandlı mütəxəssis Slotun gedişini rəsmən elan edib.

İraola daha əvvəl 2025/26 mövsümü başa çatdıqdan sonra "Bornmut"dan ayrılmaq istədiyini bildirmişdi. Onun rəhbərliyi altında "gilanarlar" 57 xal toplayaraq Premyer Liqanı altıncı pillədə başa vurublar.

Əlaqəli Xəbərlər