Menyu

Bakıda FIVB-nin Level-2 məşqçi seminarının ikinci qrup üzrə təlimlərinə start verilib

Operativ Media
Bakıda FIVB-nin Level-2 məşqçi seminarının ikinci qrup üzrə təlimlərinə start verilib

Bakıda Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarının ikinci qrup üzrə təlimlərinə start verilib.

Operativ Media xəbər verir ki, GİN-in Voleybol Mərkəzində keçirilən seminarın ikinci qrupunda 26 nəfər iştirak edir. Birinci qrupda olduğu kimi, bu qrupda da Bakı və bölgələrdən olan mütəxəssislərlə yanaşı Türkiyə, Avstraliya, İran və Ukraynadan olan iştirakçılar da yer alıblar.

FIVB-nin məşqçi-instruktoru professor Cengiz Akarçeşmenin rəhbərlik etdiyi kurs nəzəri və praktiki məşğələlərdən ibarətdir. 5 gün davam edəcək seminarın sonunda praktiki yoxlamada tələb olunan balı toplayan iştirakçılar nəzəri imtahanda iştirak hüququ qazanacaqlar. Yekunda yüksək nəticə göstərənlərə FIVB-nin Level-2 beynəlxalq sertifikatı təqdim olunacaq.

Qeyd edək ki, birinci qrup üzrə kurs 25–29 may tarixlərində keçirilib və 27 iştirakçıdan 26-sına FIVB-nin Level-2 beynəlxalq sertifikatı verilib.

Əlaqəli Xəbərlər