Menyu

Bir neçə dərman vasitəsinin qiymətinin yuxarı həddi müəyyən edilib

Operativ Media
Bir neçə dərman vasitəsinin qiymətinin yuxarı həddi müəyyən edilib

Tarif Şurasının iclasında 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib.

Operativ Media xəbər verir ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib.

Qərar 2 iyun tarixindən qüvvəyə minəcək.

Əlaqəli Xəbərlər