Menyu

Ceyms Milner futbolçu karyerasını başa vurdu

Operativ Media
Ceyms Milner futbolçu karyerasını başa vurdu

İngiltərə futbolunun təcrübəli simalarından olan Ceyms Milner rəsmən təqaüdə çıxdığını elan edib.

Operativ Media xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edərək futbola vida etdiyini bildirib.

Milner etdiyi açıqlamada bu sözləri qeyd edib:

"Premyer Liqada keçirdiyim 24 mövsümdən sonra futbolçu karyerama nöqtə qoymağın vaxtı gəldiyini düşünürəm. Uşaqlıqdan azarkeşlik etdiyim 'Lids Yunayted'də 16 yaşımda ilk oyunuma çıxmaqdan və Premyer Liqa tarixinin ən gənc qolçusu olmaqdan tutmuş, keçən il ayağımı qaldıra bilməyəcək vəziyyətdə olsam belə, 40 yaşımda 'Brayton'un tarixində ikinci dəfə Avropa kuboklarına vəsiqə qazanmasına kömək etməyə qədər uzanan bu unudulmaz səyahəti ağlıma belə gətirə bilməzdim."

Zəngin karyerası ərzində "Brayton"la yanaşı, "Lids Yunayted", "Nyukasl Yunayted", "Aston Villa", "Mançester Siti" və "Liverpul" kimi klubların da formasını geyinən Milner, Premyer Liqada mühüm uğurlara imza atıb. O, "Mançester Siti" ilə 2011/12 və 2013/14 mövsümlərində, "Liverpul"un heyətində isə 2019/20 mövsümündə Premyer Liqa çempionluğunun sevincini yaşayıb.

Əlaqəli Xəbərlər