"Monako" Ansu Fatini birdəfəlik transfer edir
Operativ Media
"Monako" klubu "Barselona"ya məxsus olan Ansu Fatini komandada saxlamaq üçün bütün şərtlərdə tam razılıq əldə edib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Keçən ay əldə olunmuş şifahi razılaşmadan sonra tərəflər 11 milyon avro transfer məbləğində anlaşıblar.
Məlumata görə, İspaniya millisinin üzvü karyerasını birdəfəlik Fransa klubunda davam etdirəcək. Keçən il tərəflər arasında bağlanmış müqaviləyə əsasən, "Barselona" futbolçunun növbəti satışından müəyyən faiz əldə etmək hüququnu qoruyub saxlayır.
Qeyd edək ki, gənc hücumçu cari mövsümdə Fransa Liqa 1-də keçirdiyi 25 oyunda 11 qol vuraraq uğurlu performansı ilə diqqət çəkib.