Menyu

"Gəncə" ukraynalı voleybolçu ilə gücləndi

Operativ Media
"Gəncə" ukraynalı voleybolçu ilə gücləndi

“Gəncə” klubu ukraynalı voleybolçu Olena Napalkova ilə müqavilə imzalayıb.

Bu barədə Operativ Media-ya bölgə təmsilçisindən bildirilib.

Ukrayna millisinin də üzvü olan oyunçu növbəti mövsümdə komandanın formasını geyinəcək.

2024/2025 mövsümündə də “Gəncə”nin formasını geyinmiş Olena Napalkova bu komandanın heyətində Azərbaycan kubokunun gümüş medalını qazanıb.

Əlaqəli Xəbərlər