AFFA Xankəndidə uşaqlara dəstək aksiyası təşkil edib
Operativ Media
AFFA-nın təşkilatçılığı ilə Xankəndidə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçirilib.
Operativ Media xəbər verir ki, tədbir AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, həmçinin AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin dəstəyi ilə baş tutub.
Əməkdaşlıq çərçivəsində Xankəndi şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasının bu il birinci sinfə gedəcək uşaqları üçün zəruri məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib.
Aksiya uşaqların təhsilə hazırlığının dəstəklənməsi və onların bayram sevincinin bölüşülməsi məqsədilə təşkil edilib.