Menyu

Dünya Kubokunun favoritləri açıqlandı

Operativ Media
Dünya Kubokunun favoritləri açıqlandı

Dünya Kubokunun favoitləri  açıqlanıb.

Operativ Media xəbər verir ki, bu haqda "Opta" analitik şirkəti komandaların çempionluq ehtimallarını hesablayıb.

 Turnirin əsas favoriti 16.1 faizlik göstərici ilə İspaniya millisidir. Sonrakı pillələrdə isə müvafiq olaraq Fransa (13%) və İngiltərə (11.2%) qərarlaşıb. Son dünya çempionu Argentina isə 10.4 faizlə 4-cü sırada yer alıb.

Analitiklərin proqnozuna görə, digər iddialı komandalardan Portuqaliyanın çempionluq şansı 7%, Braziliyanın 6.6%, Almaniyanın isə 5.1% qiymətləndirilir. Siyahıda diqqət çəkən digər ölkələr arasında Niderland (3.6%), Norveç (3.5%) və Belçika (2.4%) yer alır.

Turnirə qatılan komandalar arasında Kolumbiyanın şansı 2.1%, Mərakeşin 1.9%, Uruqvay və İsveçrənin 1.7%, Xorvatiyanın 1.6%, Ekvadorun isə 1.4% olaraq görülüb. Siyahının son pillələrində qərarlaşan Yaponiya və ABŞ 1.2%, Seneqal və Meksika 1%, Türkiyə millisi isə 0.9 faizlik çempionluq ehtimalı ilə turnirin autsayderləri arasında göstərilib.

Əlaqəli Xəbərlər