Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir. Simiç “Sabah”la yeni müqaviləni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.
Velko ötən ilin avqust ayında Türkiyənin “Sivasspor” klubundan icarə əsasında “Sabah”a qoşulmuşdu. O, komandamızın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.
Simiç son mövsümdə “Sabah”ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.