Menyu

Qətər millisi DÇ-2026 üçün yekun heyətini açıqlayıb

Operativ Media
Qətər millisi DÇ-2026 üçün yekun heyətini açıqlayıb

Qətər milli komandasının 2026-cı il dünya çempionatının final mərhələsində iştirak edəcək yekun heyəti məlum olub.

Operativ Media xəbər verir ki, siyahıya 26 futbolçu — üç qapıçı, səkkiz müdafiəçi, altı yarımmüdafiəçi və doqquz hücumçu daxil edilib.

Qapıçılar: Meşal Barşam ("Əl-Sədd"), Mahmud Abunada ("Əl-Rayyan"), Salah Zakariya ("Əl-Duhail").

Müdafiəçilər: Pedro Migel ("Əl-Sədd"), Bualem Xuhi ("Əl-Sədd"), Lukas Mendes ("Əl-Vakra"), Sultan Əl-Brake ("Əl-Duhail"), Əl-Həşmi Əl-Hüseyn ("Əl-Ərəbi"), Əyub Əl-Oui ("Əl-Qarafa"), Homam Əhməd ("Kultural Leonesa", İspaniya), İssa Laye ("Əl-Ərəbi").

Yarımmüdafiəçilər: Əhməd Fəthi ("Əl-Ərəbi"), Cassem Qaber ("Əl-Rayyan"), Assim Madibo ("Əl-Vakra"), Əbdüləziz Hatem ("Əl-Rayyan"), Kərim Budiaf ("Əl-Duhail"), Məhəmməd Əl-Mannai ("Əl-Şamal").

Hücumçular: Əkrəm Afif ("Əl-Sədd"), Almoez Əli ("Əl-Duhail"), Məhəmməd Muntari ("Əl-Qarafa"), Həsən Əl-Haydos ("Əl-Sədd"), Edmilson Junior ("Əl-Duhail"), Əhməd Əl-Qanehi ("Əl-Qarafa"), Əhməd Əlaəldin ("Əl-Rayyan"), Yusuf Abdurisay ("Əl-Vakra"), Tahsin Cəmşid ("Əl-Duhail").

2026-cı il dünya çempionatının final mərhələsinin qrup oyunlarında B kvartetində yer alan Qətər millisi Kanada, Bosniya və Herseqovina və İsveçrə yığmaları ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər