BBC: Hər iki "Fənərbaxça" prezidentliyinə namizəd Qrinvudla müqavilə imzalamaq istəyir
Operativ Media
"Marsel"in hücumçusu Meyson Qrinvud "Fənərbağça"nın prezidentliyinə hər iki namizəd – Əziz Yıldırım və Hakan Safi üçün əsas transfer hədəfidir.
Operativ Media xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
"Fənərbağça"nın yeni prezidentinin adının iyunun 7-də açıqlanması planlaşdırılır. Mənbənin bildirdiyinə görə, 24 yaşlı ingilis futbolçunun şəxsi müqavilə şərtləri transfer prosesində problem yaratmayacaq. Bundan əvvəl "Marsel"in idman direktoru Qreqori Lorenzi klubun Qrinvud üçün gələn təklifləri nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi.
Hücumçu 2024-cü ilin iyulundan Fransa komandasında çıxış edir və onun klubla müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. 2025/26 mövsümündə Qrinvud 45 matçda 26 qol vurub və 11 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.