Narkoloji qeydiyyat arayışı ASAN xidmətə inteqrasiya edilib
Operativ Media
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Operativ Media xəbər verir ki, dəyişikliyə əsasən, ASAN xidmət mərkəzlərində təqdim olunan xidmətlərin siyahısına yeni xidmət əlavə edilib.
Belə ki, bundan sonra şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olub-olmamasına dair arayışın verilməsi də ASAN xidmət vasitəsilə həyata keçiriləcək.
Fərmana əsasən, Dövlət Agentliyinin informasiya sistemlərinə çıxış imkanı verilən dövlət qurumlarının siyahısına Səhiyyə Nazirliyi də daxil edilib.