Avstriya millisinin üzvü zədə səbəbiylə dünya çempionatında iştirak edə bilməyəcək
Operativ Media
Avstriya yığmasının və “Leyptsiq”in yarımmüdafiəçisi Kristof Baumqartner dünya çempionatı ərəfəsində zədələnib və turniri buraxacaq.
Operativ Media xəbər verir ki, bu barədə Avstriya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu bazar ertəsi Tunis yığması ilə keçirilən yoldaşlıq oyunu (1:0) öncəsi isinmə hərəkətləri zamanı sağ bud əzələsini zədələyib. MRT müayinəsi onun dünya çempionatında iştirakının qeyri-mümkün olduğunu təsdiqləyib.
Baumqartner 2025/26 mövsümündə “Leyptsiq”in heyətində bütün turnirlərdə 37 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.
Dünya çempionatı 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçiriləcək. Avstriya yığması qrup mərhələsində İordaniya, Argentina və Əlcəzair komandaları ilə mübarizə aparacaq.