"Roma" Qrinvudu heyətinə qatmaq istəyir
Operativ Media
"Roma" yay transfer pəncərəsində "Marsel"in hücumçusu Meyson Qrinvudun keçidini reallaşdırmaq üçün fəal mübarizə aparacaq.
Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Canluka Di Martsio məlumat yayıb.
Mənbənin məlumatına görə, yaxın günlərdə klublar arasında danışıqlar keçiriləcək. Fransa tərəfi 24 yaşlı ingiltərəli futbolçu üçün azı 50 milyon avro tələb edir.
Qrinvudun hazırkı müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 55 milyon avro olaraq qiymətləndirir.
2025/26 mövsümündə Qrinvud bütün turnirlərdə keçirdiyi 45 matçda 26 qol vurub və 11 məhsuldar ötürmə edib.