Menyu

"Şahdağ Qusar"da idman direktoru vəzifəsinə yeni təyinat baş tutub

Operativ Media
"Şahdağ Qusar"da idman direktoru vəzifəsinə yeni təyinat baş tutub

Azərbaycan 1-ci Liqasında çıxış edən "Şahdağ Qusar" klubunda idman direktoru vəzifəsinə yeni təyinat baş tutub.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Məhəmməd Bədəlbəyli təyin olunub.

"Neftçi"nin yetirməsi olan, bütün yaş qruplarında Azərbaycan çempionluğu yaşamış mütəxəssis peşəkar futbol karyerası ərzində xüsusilə 1-ci Liqada zəngin təcrübə qazanıb.

MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Şuşa", "Lokomotiv" və "Binə" klublarında əsas heyət oyunçusu kimi çıxış ediv, "Neftçala" ilə 1-ci Liqa çempionluğu yaşayaraq daha sonra Premyer Liqa təmsilçisi AZAL-a transfer olub. Həmçinin Türkiyənin BAL Liqasında legioner həyatı yaşayaraq T.Birlikspor və Bingölspor formalarını geyinib.

Məşqçilik fəaliyyətinə Leon Uşaq Futbol Klubunda başlamış, daha sonra "Qarabağ" Akademiyasının U-17 və U-19 komandalarında çalışıb. 

Əlaqəli Xəbərlər