Menyu

"Mançester Yunayted"in hücumçusu "Napoli"yə birdəfəlik transfer olundu

Operativ Media
"Mançester Yunayted"in hücumçusu "Napoli"yə birdəfəlik transfer olundu

"Mançester Yunayted"in hücumçusu Rasmus Höylund "Napoli"yə transfer olunub.

Operativ Media xəbər verir ki, bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı danimarkalı hücumçu 2025/26 mövsümündə İtaliya klubunda icarə əsasında çıxış edib və onun müqaviləsindəki birdəfəlik satınalma variantı aktivləşib. Höylund "Napoli"nin heyətində bütün turnirlərdə ümumilikdə 44 oyuna çıxıb, 16 qol vurub və 8 məhsuldar ötürmə edib.

Höylund 2023-cü ilin avqustunda "Atalanta"dan "Mançester Yunayted"ə transfer olunmuşdu.

"Transfermarkt" portalının məlumatına görə, həmin transferin dəyəri 79,8 milyon avro təşkil edib. Hücumçu mankunianlıların heyətində 95 oyunda meydana daxil olaraq 26 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər