Alfonso Deyvis Kanadanın 2026-cı il dünya çempionatında ilk oyununu buraxacaq
Operativ Media
"Bavariya"nın və Kanada millisinin müdafiəçisi Alfonso Devis dünya çempionatında yığmanın ilk oyununda iştirak edə bilməyəcək.
Operativ Media xəbər verir ki, bu haqda futbolçu özü ölkəsinin mətbuatına açıqlamasında deyib.
"Turnirin ilk matçında meydana çıxmağım mümkün görünmür", – deyə o bildirib.
25 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinalında "PSJ"yə qarşı keçirilən cavab oyununda (1:1) aldığı dizaltı vətər zədəsindən sonra bərpa prosesini davam etdirir.
Kanada millisi DÇ-2026-nın ilk oyununda, iyunun 12-də Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Qeyd edək ki, Qətər və İsveçrə yığmaları da B qrupunda yer alıb.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net