Menyu

"Fənərbaxça" "Sportinq"in hücumçusu ilə anlaşdı

Operativ Media
"Fənərbaxça" "Sportinq"in hücumçusu ilə anlaşdı

"Sportinq"in hücumçusu Luis Suares Hakan Safinin layihəsi çərçivəsində "Fənərbaxça" ilə razılıq əldə edib.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, "Sportinq"in hücumçusuna rədd edilməsi qeyri-mümkün olan böyük məbləğdə maaş təklif olunub. "Fənərbaxça" prezidentliyinə namizəd Hakan Safinin rəhbərlik etdiyi layihə çərçivəsində Luis Suareslə şəxsi müqavilənin şərtləri barədə razılıq əldə olunub.

Bu transferin taleyi yaxın günlərdə klubda keçiriləcək prezident seçkilərinin yekun nəticəsindən və hazırda danışıqlara rəhbərlik edən "Sportinq" klubu ilə əldə olunacaq son razılıqdan asılıdır.

Əlaqəli Xəbərlər