Menyu

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

Operativ Media
Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər