Azərbaycanda bəzi avtomobillər üzrə xüsusi tanınma nişanı tətbiq ediləcək
Operativ Media
Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək.
Operativ Media xəbər verir ki, bununla bağlı “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanununa dəyişiklik təklif edilir.
Qeyd edək ki, qanun layihəsi avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasının təmin etdilməsi məqsədilə hazırlanmışdır.