Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək
Operativ Media
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyası, Moldova Texniki Universiteti arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.
Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, sənədi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov və Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyasının prezidenti Sergiy Gnatyuk, Moldova Texniki Universitetinin rəqəmsallaşma üzrə prorektoru Dinu Turcan imzalayıblar.