Menyu

“Şəfa” FK EFC təşkilatına üzv qəbul edilib

Operativ Media
“Şəfa” FK EFC təşkilatına üzv qəbul edilib

Mövsümün sonunda I Liqada çempion olaraq Premyer Liqaya yüksələn “Şəfa” Avropa Futbol Klubları (EFC) təşkilatına üzv qəbul edilib.

Bakı təmsilçisindən Operativ Media-ya verilən məlumata görə, bununla bağlı EFC tərəfindən kluba rəsmi məktub göndərilib.

Qeyd olunub ki, “Şəfa” artıq Avropanın müxtəlif ölkələrini təmsil edən 800-dən çox klubun yer aldığı böyük futbol icmasının bir hissəsidir. Həmin klubları əməkdaşlıq, inkişaf və futbolun uzunmüddətli uğuru naminə birgə fəaliyyət prinsipi birləşdirir.

EFC-nin əsas məqsədi Avropa futbolunun ən yüksək səviyyəsində çıxış edən klubları bir araya gətirmək, onların maraqlarını təmsil etmək və dəstəkləməkdir. Eyni zamanda, klubların futbolun gələcəyinin formalaşdırılmasında söz sahibi olması üçün şərait yaradılır.

Məktubda “Şəfa”nın üzvlüyünün klubun Avropa futbolunun ortaq gələcəyinə sadiqliyinin göstəricisi olduğu qeyd edilib və təşkilat rəhbərliyi yeni üzvlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər