ADY: Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil
Operativ Media
Bakı–Tbilisi dəmir yolu xətti ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.
O bildirib ki, Bakı–Tbilisi qatarı hazırda yalnız Tbilisiyə qədər hərəkət edir, Axalkalaki və Qarsa sərnişin daşımaları həyata keçirilmir.
ADY rəsmisi qeyd edib ki, bu istiqamətdə yayılan xəbərlər düzgün deyil və ictimaiyyətə təqdim edilən məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır.
Eyni zamanda, ekspert və ya turizm nümayəndələrinin açıqlamalarına əsaslanaraq qeyri-dəqiq informasiyaların paylaşılmaması tövsiyə olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net