Menyu

“Fənərbağça”nın yeni prezidenti bəlli olub

Operativ Media
“Fənərbağça”nın yeni prezidenti bəlli olub

Türkiyənin “Fənərbağça” klubunda keçirilən növbədənkənar seçkili ümumi yığıncaqda klubun yeni prezidenti müəyyənləşib.

Operativ Media xəbər verir ki, prezident postu uğrunda Hakan Safi və Aziz Yıldırım mübarizə aparıblar.

Rəsmi nəticələrə əsasən, Aziz Yıldırım 17 245 səs toplayaraq seçkinin qalibi olub. Hakan Safi isə 9927 səs qazanıb.

Beləliklə, 3 iyun 2018-ci ildə keçirilən seçkidə məğlub olaraq vəzifəsindən ayrılan Aziz Yıldırım 2926 gündən (8 il 4 gün) sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib.

Əlaqəli Xəbərlər