Harri Keyn: "Dünya çempionatındakı isti hava bizim üçün problem olmayacaq"
İngiltərə millisinin hücumçusu Harri Keyn hesab edir ki, 2026-cı il dünya çempionatının final mərhələsindəki yüksək hava temperaturu komanda üçün problem yaratmayacaq.
Operativ Media xəbər verir ki, bu haqda PA agentliyi futbolçunun sözlərindən sitat gətirib.
“Düzünü desəm, istinin o qədər də dözülməz olduğunu düşünmürəm. Sözsüz ki, məşqlərdə buna alışırıq. Məncə, ilk bir neçə gündən sonra uşaqların çoxu artıq uyğunlaşdı.
Biz hamımız peşəkar idmançıyıq. Həm biz, həm də heyət bu turnirə mükəmməl şəkildə hazırlaşmışıq.
İlk oyunumuza hələ təxminən 10 gün var və biz bu şəraitdə məşq edirik. Ona görə də hesab edirəm ki, turnir başlayana qədər bu, problem olmayacaq”, – deyə 32 yaşlı futbolçu bildirib.
Qeyd edək ki, İngiltərə millisi yoldaşlıq görüşündə Yeni Zelandiyaya 1:0 hesabı ilə qalib gəlib. Oyun Selsi şkalası ilə 33 dərəcə istidə keçirilib.