"Arsenal" və PSJ Gibbs-Uayt ilə maraqlanır
“Arsenal” 2026-cı ilin yayında “Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı transfer etmək üçün PSJ-nin ciddi rəqabəti ilə üzləşə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətində olan “topçular”, “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersin keçidi baş tutmayacağı təqdirdə, diqqətini 26 yaşlı ingilis futbolçuya yönəldə bilər.
Lakin 2025/26 mövsümündə Premyer Liqada 15 qol vuran Gibbs-Uaytın çıxışını PSJ də yaxından izləyir.
Gibbs-Uayt 2022-ci ilin avqustundan bəri “Nottingem Forest”də çıxış edir. Onun klubla müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Futbolçu 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 53 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı oyunçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.