Menyu

FİFA prezidenti: "Kristian Eriksenə tezliklə sağalmağı arzulayıram"

Operativ Media
FİFA prezidenti: "Kristian Eriksenə tezliklə sağalmağı arzulayıram"

FİFA prezidenti Canni Infantino yoldaşlıq görüşündə Ukrayna millisi ilə qarşılaşma zamanı huşunu itirən Danimarka yığmasının kapitanı Kristian Eriksenin vəziyyətinə münasibət bildirib.

Operativ Media xəbər verir ki, ​hadisə iyunun 7-si, bazar günü baş verib. 34 yaşlı yarımmüdafiəçi ikinci hissədə, danimarkalıların 2:1 hesabı ilə öndə olduğu epizodda qəfildən ot örtüyünün üzərinə yıxılsa da, tez bir zamanda özünə gəlib. Oyun vaxtından əvvəl başa çatdırılıb.

​“Kristian Eriksenin huşunun özündə olduğunu və Ukrayna ilə matçdakı hadisədən sonra lazımi tibbi yardım aldığını eşitməyə çox şadam. Kristiana tezliklə sağalmağı arzulayıram. Həmçinin onun ailəsinə və bütün Danimarka millisinə ən xoş arzularımı çatdırıram. Tibb heyətinin və matçın rəsmi şəxslərinin operativ və səmərəli fəaliyyətini də xüsusi qeyd edə bilərəm”, – deyə Infantino öz sosial şəbəkə hesablarında bildirib.

Əlaqəli Xəbərlər