Menyu

"Liverpul" "Bornmut"un yarımmüdafiəçisini transfer edir

Operativ Media
"Liverpul" "Bornmut"un yarımmüdafiəçisini transfer edir
1 dəq oxu

“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott karyerasını “Liverpul”da davam etdirə bilər.

Bu barədə Operativ Media "The Sun" nəşrinə istinadən məlumat verir. 

​Mənbənin xəbərinə görə, 22 yaşlı ingilis futbolçunun transfer olunmasını “Liverpul”un yeni baş məşqçisi, daha əvvəl “Bornmut”u çalışdırmış Andoni Iraola şəxsən tələb edir.

​Skott 2023-cü ildən bəri “Bornmut”un şərəfini qoruyur. Geridə qalan mövsümdə o, bütün turnirlər daxil olmaqla 39 matçda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 50 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər